Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞAGİRDLƏRLƏ VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLDİ

0

  •         19.05.2017-ci il tarixdə Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov Gəncə şəhəri Yeni qəsəbə-2-də sakinlərlə və qəsəbədə təhsil alan məktəblilərlə görüş keçirdi.  Əvvəlcə problemləri olan sakinlər öz müraciətlərini etdilər. Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəbinin IX və XI sinif şagirdləri ilə baş tutan görüşdə vətənpərvərlik mövzusunda qarşılıqlı müzakirə əsasında söhbət aparıldı.
            Görüşdə çıxış edən Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov bildirdi ki, millətimiz döyüşkən millətdir. Ancaq təəssüflər olsun ki, bəzən xəyanətkar insanlarla da qarşılaşırıq. Azərbaycan türkünün qəlbində xəyanət olmamalıdır. Vətənimizin uğurlu gələcəyi sağlam və vətənpərvər gənclərdən asılıdır.
            Dini cərəyanlardan uzaq olmaq lazımdır. Dini təriqətləri şər qüvvələr müsəlman aləmini parçalamaq niyyəti ilə yaratmışlar. İslam dini insanı paklığa aparan ən gözəl dindir. Dini təriqətlərə qoşulmaq elə xəyanətə bərabər sayılır. Ona görə ki, dini təriqətlər dövlətimizin zəiflədilməsinə, xalqımızın bölünməsinə yönəldilmişdir. Dövlətimizə və millətimizə dəyən zərər birbaşa özümüzə ziyan yetirir.
            Şıxəli Alməmmədov fikirlərinə əlavə etdi ki, Şagirdlərin qarşısında duran əsas vəzifə yaxşı təhsil almaları və layiqli vətəndaş kimi formalaşmalıdır. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Yay tətilində asudə vaxtınızı səmərəli keçirməli və öyrəndiyiniz dərsləri təkrar etməlisiniz. Tariximizi dərindən öyrənməli və təhlil etməliyik. Gördüyümüz hər yaxşı əməl Vətənimizin mənafeyi üçün edilməlidir.
            Hər zaman ordumuzu sevməliyik və ona dayaq olmalıyıq. Bizi Qarabağımızı işğaldan azad etməyimiz əqidəsi ilə bərabər, bütün tarixi dədə-baba torpaqlarımızı da bərpa etməyimiz barəsində də daim düşünməliyik.
            Görüşdə şagirdlərin çıxışlarına yer verildi. Çıxış edən şagirdlər Vətənə olan məhəbbətini dərin sevgi hissi ilə ifadə etdilər. Mövzu ətrafında öz fikirlərini söylədilər. Qeyd edildi ki, Azərbaycanda yaşamaq xoşbəxtlikdir. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Xarici dövlətlər “demokratiya” pərdəsi altında gizlənirlər. Ancaq dünyanın heç bir ölkəsində ölkəmizdəki qədər azadlıq və inkişaf yoxdur. Respublikamızda təhsilə xüsusi diqqət yetirilir. Məcburi köçkünlərə daim diqqət və qayğı göstərilir.





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib37 dəfə
    ŞAGİRDLƏRLƏ VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLDİ

    Maraqlı gələ bilər
    34
    34
    27
    33
    36
    30
    86